22:29 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
AZƏRBAYCAN
Qısa URL
27 0 0

“Azəriqaz” İstehsalat Birliyi qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını anlayışla qəbul edir. 

BAKI, 24 yanvar - Sputnik. 2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər.  Xüsusilə Şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib. 

“Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, bütün bunları nəzərə alaraq, qurum qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını anlayışla qəbul edir. 

Bu səbəbdən istixana sahibləri mövcud borclarının 50%-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər. 

Qeyd edək ki, hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində 227, Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində 210, Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində isə 254 istixana sahibkarlıq subyekti fəaliyyət göstərir.

Teqlər:
istixana, "Azəriqaz" İstehsalat Birliyi, "Azəriqaz" İB, "Azəriqaz"

Əsas mövzular