21:04 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
AZƏRBAYCAN
Qısa URL
24710

İş yerləri də olacaq, maddi çətinliklər də aradan qaldırılacaq. Pandemiya dövrü bitəndən sonra Azərbaycan üçün hər şey gözəl olacaq - Qafqazın yeganə numeroloqu.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. Problemlər, pandemiya, məhdudiyyətlər, qadağalar, işsizlik, 190 manat, karantin rejimi, komendant rejimi, müharibə, şəhidlər, qələbə...

Yəqin ki, özümüz istəsək, bu qədər hadisəni bir ilə sığdıra bilməzdik. Ağrılı-acılı, sürprizlərlə dolu bir ili, 2020-ni geridə buraxırıq.

Çin təqviminə görə, yeni – Öküz ili 2021-ci il fevral ayının 12-də qədəm qoyur.

Mütəxəssislərə görə, 2021-ci il 2020 ilə müqayisədə sakit və firavan keçəcək. Yəni müharibələr, xəstəliklər, mübahisələr, ayrılıqlar görünmür.

Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov Sputnik Azərbaycan-a 2021-ci ilin bizim üçün necə keçəcəyini açıqlayıb.

- Xəyal bəy, ağrılı-acılı, itkilərlə dolu və eyni zamanda qələbə ilini geridə qoyuruq. Azərbaycan 2021-dən nə gözləsin? Rəqəmlər nə deyir?

- Qeyd edim ki, 2020-ci il üçün proqnozları da öncədən açıqlamışdım. Onlardan bu günə qədər hələ ki dolların qalxması fikri öz təsdiqini tapmayıb. Başqa nə proqnoz vermişdimsə, hamısı olub. Xəstəlik haqqında, Qarabağ müharibəsinin bizim qələbəmizlə nəticələnəcəyi və s. haqda... Hətta mən apreldə cənab prezidentə müraciətimdə bildirdim ki, ümumi səfərbərlik edək, ölürüksə, torpaq uğrunda ölək, virusdan yox. Bu paylaşımıma görə məni çox tənqid etdilər. Hətta özüm də peşman oldum və sildim. Nəhayət, iyul hadisələrində millət özü səfərbərlik istədi və mən yenə də öz səhifəmdə bunun sevinci haqqında paylaşım elədim. Mən Vətən müharibəsi haqqında da demişdim öncədən. Demişdim ki, 9-cu ayı gözləyin. Hətta tarixi də demişdim ki, 9-cu ayın ya 18-i, ya da 27-si olacaq. Nəhayət, sentyabrın 27-si Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı həyata keçirdi və çox şükür ki, qələbə qazandıq.

© Sputnik / Irade JELIL
Numeroloq Xəyal Məmmədov

Müharibə başlayandan uğurlarımız ard-arda gəldiyi üçün xalqımız düşündü ki, oktyabrın 18-də qələbəmiz olacaq. Mənsə dedim ki, xeyr, bunu gözləməyin, mümkün deyil. Çünki oktyabr 10-cu aydır.

İnsanın enerjisini qoruya bilən düsturun toplam rəqəmi 135-ə bərabərdir. Bu, 13-ü 5-ci gün deməkdir. Oktyabrda belə bir təsadüf yox idi. Amma noyabrda var idi. Ona görə də mən deyirdim ki, müharibənin bitməsi 11-ci ayda olacaq. Sadəcə olaraq qorxduğum o idi ki, üçüncü dünya müharibəsinin başlanğıcı da bu müharibə olardı. Çünki bu müharibə 13 noyabra qədər bitməsəydi, təhlükə çox böyük ola bilərdi.

Regiona böyük dövlətlər qarışacaqdı və böyük problemlər olacaqdı. 9-u 11-ci ayı düşündüm.

Bildiyiniz kimi, o saziş də 9 noyabrda imzalandı. Çox adam deyir ki, 10 noyabrda olub. Amma saziş 9 noyabrda imzalanıb və 10 noyabrda ictimaiyyətə bildirilib.

- Deyəsən, sonu sıfırla bitən rəqəmlərlə aranız yoxdur.

- Ümumiyyətlə, sıfırlanmış tarixlərdə hər hansı dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi düzgün deyil. Bunu da qeyd edim ki, 2020-ci il eyni rəqəmi sıfırladığına görə bu cür təsirli oldu. 2 rəqəmi münasibət rəqəmidir. 2020-ci ilə münasibətlərin sıfırlanması ili kimi demək olar. Öncədən demişdim ki, 2020-ci ildə boşanmaların sayı artacaq.

2021-ci ildə isə sıfır 2-ni vurur, 1 qalır yerində. 1 - insanlarda özgüvənin artması deməkdir.

- Və pandemiya, bu barədə nə deyə bilərsiniz? Axı demişdiniz, 9-cu ayda azalacaq.

- Bilirsiniz ki, müharibə, hadisələr fonunda virusa yoluxma sayı artdı. İndi bu vəziyyətdən yeganə çıxış yolu vaksinasiyadır. Və hesablamalara görə, vaksinasiya mart ayına kimi aparılacaq. Çünki o vaxta kimi yoluxma sayı azalacaq və vaksinasiya prosesi asanlaşacaq.

Azərbaycanda bu gün əsas problem pandemiyadır. Bu pandemiyanın da öz-özünə getməsi mümkün deyil.

Mən 2022-ci ili daha təhlükəli hesab edirəm. Çünki 2022-ci il də 2020 kimi 0-la 2-dir. Yəni eyni istiqamətdir. O ilin də ən təhlükəli tarixini 22 fevral (22.02.2022) hesab edirəm. Maraqlısı da odur ki, həmin tarix həftənin 2-ci gününə düşür.

2021-ci il isə gözəl il olacaq. İnsanların özgüvəni artacaq. Azərbaycanda bu gün yeganə problem pandemiya və onun yaratdığı fəsadlardır. Bu problemlər müvəqqəti xarakter daşıyır. İş yerləri də olacaq, maddi çətinliklər də aradan qaldırılacaq. Pandemiya dövrü bitəndən sonra Azərbaycan üçün hər şey gözəl olacaq.

Azərbaycan üçün ən çətin mərhələ 2020-ci il idi. Hətta 2030-cu ilin bu qədər təhlükəsi yoxdur. Çünki burada başlanğıc da, son da eyni istiqamət idi. Artıq bu tarix bu minillikdə olmayacaq. Ona görə də mən qürur duyuram ki, bu cür çətin ildə Ali Baş Komandan bu qərarı verdi.

Çünki Azərbaycan üçün mənim hesablamalarımda doqquz istiqamətdən altısı mənfidə idi. Cəmi üç müsbət amilimiz var idi. Çox sevindirici bir haldır ki, bu üç müsbət amildən biri də bu Qarabağ məsələsi oldu. Çox şükür ki, Azərbaycanın üzərindən bu qara ləkə götürüldü.

Teqlər:
maliyyə, pul, Qarabağ, pandemiya, numeroloq, Azərbaycan

Əsas mövzular