CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı

© Sputnik / Murad OrujovПохороны шехидов
Похороны шехидов  - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir

BAKI, 28 dekabr - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2 823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

Bu barədə Sputnik Azərbaycan Nazirliyə istinadən məlumat verir.

"Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda bildirilib.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar.

Xəbər lenti
0