QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sahibə Qafarova: "Vətən müharibəsi Dağlıq Qarabağ münaqişəsinə son qoyub"

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin Sədri Sahibə Qafarova
Milli Məclisin Sədri Sahibə Qafarova  - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq"

 

BAKI, 24 dekabr — Sputnik. "Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyev həyata keçirdiyi işlərlə xalqımızın dərin rəğbətini qazanıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrilib: "Ölkəmizin gələcəyi bu gün onun həyata keçirdiyi siyasətlə bağlıdır. Prezident İlham Əliyev sərkərdəlik məharəti ilə Vətən müharibəsində qazanılan qələbənin memarıdır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, çiçəklənəcək".

Sədr bildirib ki, Vətən müharibəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub: "İşğaldan azad olunan torpaqlar, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşımızda çox mühüm yeni səhifələr açıb. Eyni zamanda pandemiya ilə mübarizə də davam edir. Ölkə həyatında müşahidə olunan yeni reallıq və çağırışlar 2021-ci il büdcəsinə təsir göstərməyə bilməzdi".

"İşğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb", - deyə o qeyd edib.

Sədr bildirib ki, Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq.

Xəbər lenti
0