08:20 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
83 0 0

Komitə sədri: "Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında" qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, layihəyə əsasən, Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.

Məsələ səsə qoyularaq qəbul edlib.

Xatırladaq ki, dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bu məsələyə baxılıb. Komitə sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilən bir sıra ərazilərimizdə kənd və rayon adlarının dəyişdirilməsi prosesinə artıq başlanılıb: "Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Mənfur qonşularımız tərəfindən bəzən belə məkanların adları müxtəlif məkrli məqsədlərə yozulur, "xülyalarını" dünya ictimaiyyətinə çatdırmaqda vasitə kimi istifadə edilir". Komitə sədri Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.

Əsas mövzular