13:20 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
AZƏRBAYCAN
Qısa URL
27 0 0

Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

BAKI, 7 dekabr — Sputnik. Vətən müharibəsində şəhid olanlardan biri də Gəncə şəhər prokurorluğunun əməkdaşıdır.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Əlizadə Yüksəl İlqar oğlu 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.

Əsas mövzular