06:19 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
671101

"Suqovuşanın azad olunmasına görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Döyüşdə fərqlənməyə görə" medalından sonra taxılır.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Suqovuşanın azad olunmasına görə" medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Suqovuşanın azad olunmasına görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Döyüşdə fərqlənməyə görə" medalından sonra taxılır.

© Official website of President of Azerbaijan Republic
“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

"Suqovuşanın azad olunmasına görə" medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanıb. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "SUQOVUŞAN", aşağı qövs boyunca "3 OKTYABR 2020" sözləri yazılıb. "3 OKTYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. "SUQOVUŞAN" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunub. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "SUQOVUŞANIN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunub. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunub. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunub. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
Əsasnamə, medal, Qarabağ müharibəsi, Vətən müharibəsi

Əsas mövzular