QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məşhur azərbaycanlı Qarabağ müharibəsinin nəğməkar şəhidinə layihə həsr etdi

© Photo : Facebook / Etibar AsadliЭтибар Асадли, фото из архива
Этибар Асадли, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fransada yaşayan Etibar Əsədli Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zamanı həlak olmuş Xudayar Yusifzadənin ifasını musiqi ilə müşayiət edib.

 

BAKI, 27 noyabr — Sputnik, Kəmalə Əliyeva. Sputnik Azərbaycan xəbər verir ki, məşhur azərbaycanlı caz ifaçısı Etibar Əsədli II Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə həlak olmuş şəhid Xudayar Yusifzadəyə layihə həsr edib.

Əsədli vətəndən uzaqda olmasına baxmayaraq, ruhən daim Azərbaycanın yanında olduğunu bildirib.

"İnternetdə sonradan şəhid olmuş Xudayar Yusifzadənin məşhur Azərbaycan mahnısını ifa etdiyi videonu görəndə onun xatirəsini əbədiləşdirmək üçün bir şey etmək qərarına gəldim. Mükəmməl səsə sahib idi. Çox təəssüf ki, bir daha onun səsini eşitməyəcəyik. Məhz bu video Xudayarın sonuncu ifası oldu", – deyə Əsədli bildirib.

Əsədli şəhidin ifasına musiqi müşayiəti yazaraq hazırladığı videonu öz YouTube kanalında paylaşıb.

Qeyd edək ki, Etibar Əsədli Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının, eləcə də Didye Lokvud adına Caz Məktəbinin məzunudur. O, Asadli Pro adlı prodüser studiyasını yaradıb. Eyni zamanda, 2018-ci ildə Bakıda BMA və Azərbaycan Milli Konservatoriyasının birgə keçirdiyi "Eksperiment" təhsil layihəsinin müəllifi və ifaçısıdır. Bakıda və Fransada keçirilən bir çox caz festivallarında iştirak edib.

Hazırda Parisdə yaşayır.

Xəbər lenti
0