CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimlər "Vətən Müharibəsi Qəhrəmanı" adı alacaq?

© REUTERS / UMIT BEKTASАзербайджанские военные, фото из архива
Азербайджанские военные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

BAKI, 20 noyabr — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adının kimlərə veriləcəyi açıqlanıb.

Sputnik Azərbaycan Milli Məclisin məlumatına istinadla xəbər verir ki, "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

Xəbər lenti
0