QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşalı qız: "Mən evimizə qayıdıram, bizim ailəmiz babalarımın evinə qayıdır"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidРазрушенные дома неподалеку от города Шуша, фото из архива
Разрушенные дома неподалеку от города Шуша, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisdə çıxış edən şuşalı qız: "Mən Şuşadanam, artıq azad Şuşadan, azad Qarabağdanam. Bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdim Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan 

BAKI, 13 noyabr — Sputnik. "Mən Şuşadanam, artıq azad Şuşadan, azad Qarabağdanam. Bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdim Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Bilirsiniz bu necə hissdir? Bəli, artıq hamımız bilirik. Bütün dünya bilir. Bilir ki, işğala son qoyuldu. Bilir ki, Azərbaycan əsgəri, Azərbaycan xalqı öz torpağına sahib çıxdı, qanı və canı bahasına. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən şuşalı gənc qız Əsra Məmmədli deyib.

Əsra Məmmədli bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu: "Bizim bayrağımız artıq Şuşada dalğalanır. Artıq Şuşa məscidində azan səslənir. Bayrağımız Zəngilanda, Cəbrayılda, Qubadlıda, Füzulidə və azad olunmuş bütün torpaqlarda dalğalanır".

"Mən artıq qaçqın deyiləm, mən köçkün deyiləm. Mən evimizə qayıdıram, bizim ailəmiz babalarımın evinə qayıdır. Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir. Çünki Qarabağ Azərbaycandır!", - deyə Əsra Məmmədli qeyd edib.

Xəbər lenti
0