22:38 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
24510

"Bu möhtəşəm qələbəyə görə cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Əziz xalqımız sizi böyük qələbə münasibətilə təbrik edirik. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Qarabağ Azərbaycandır!”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 noyabr - Sputnik. Parlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciəti Milli Məclisin deputat Nigar Arpadarai təqdim edib.

Müraciətdə deyilir: “1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın 20 faiz ərazisi Ermənsitan silahlı qüvvələri tərəfindən işğal olunub .20 mindən çox soydaşımız qətlə yetirilib, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün salınıb. 1992-ci ilin fevralın 26-da Xocalı soyqrımı törədilib.

Xalqımıza qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinə qarşı müqavimət ümummmili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təşkil edilib.
Azərbaycan daim sülh prosesinə sadiqlik nümayiş etdirib, bütün təkliflərə anlayışla yanaşıb. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində bu təkliflər heç bir nəticə verməyib...

...2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycan torpaqlarının işğalına son qoyulub. Atəşkəsə nzəarət üzrə sülməramlı mərkəz yaradılıb. Tarixi ədalət öz yerini tutub. Bu möhtəşəm qələbəyə görə cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Əziz xalqımız sizi böyük qələbə münasibətilə təbrik edirik. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Qarabağ Azərbaycandır!”

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

Əsas mövzular