08:41 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
59 0 0

Əhliman Əmiraslanov: "Sosial şəbəkələrdə bəzi maraqlı qüvvələr sülhməramlıların bölgəyə gəlməsinə don geyindirməyə çalışırlar. Amma bu, əbəsdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. "Azərbaycan müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Ermənistan isə bütün dünyanın gözü qarşısında sarsıldı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, işğalçı Ermənistan torpaqlarımızdan qovularaq sülhə məcbur edilib: "Sülhməramlılarsız sülhü bərpa etmək mümkün deyildi. Sosial şəbəkələrdə bəzi maraqlı qüvvələr sülhməramlıların bölgəyə gəlməsinə don geyindirməyə çalışırlar. Amma bu, əbəsdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Qarabağ Azərbaycandır. Xalqımız bu möhtəşəm qələbədə yanımızda olduğu üçün qardaş Türkiyəyə, onun Prezidentinə təşəkkürünü bildirir".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək bildirib ki, noyabrın 10-da Azərbaycan tarixində yeni səhifə açıldı, ərazi bütövlüyümüz bərpa olundu: "Əgər əvvəllər Dağlıq Qarabağa yüksək status verilməsi nəzərdə tutulurdusa, bu gün artıq bu təklif tarixə qovuşub. Bu qələbə uzun müddət görülən işlərin nəticəsidir. Ulu öndər Heydər Əliyev və daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirdi".

Əsas mövzular