05:42 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
129 0 0

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.

BAKI, 10 noyabr - Sputnik. Noyabrın 9-u saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul olunması təmin ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

"Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasına məxsus vertolyot raketlə vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Mi-24 Ermənistanın Ersax yaşayış məntəqəsində qəzaya uğrayıb.

Nəticədə iki ekipaj üzvü həlak olub, bir nəfər orta zədələrlə evakuasiya edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

Əsas mövzular