19:58 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
32020

Fransız Antonio Liaqre: "Sputnik İnformasiya Agentliyinin xəbərləri digər xəbər agentlikləri ilə müqayisədə reallığa daha gözəl güzgü tutur".

BAKI, 10 noyabr — Sputnik. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ermənistanın təxribatına və işğala son qoymaq üçün əks-hücum əməliyyatına başlayıb. Uğurlu əks-hücum əməliyyatı nəticəsində artıq yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Şuşa başda olmaqla 5 şəhər işğaldan azad olunub.

Azərbaycan bu gün mübarizəni yalnız döyüş meydanında deyil, diplomatik cəbhədə, siyasət meydanında da aparır. Bu həlledici, çətin günlərdə Azərbaycanın səsini xarici ölkələrdə yalnız orada yaşayan vətəndaşlarımız deyil, eyni zamanda xaricdə yaşayan, ürəyi Azərbaycanla, 3 rəngli bayrağımızla döyünən əcnəbilər də çatdırılar.

Sputnik Azərbaycan əcnəbilərin bu nəcib fəaliyyətindən bəhs edən növbəti məqaləsini oxucuların diqqətinə çatdırır.

Azərbaycanlı xanımla ailə quran və bu evlilikdən iki övladı olan İsveçrədə yaşayan fransız Antonio Liaqre ixtisasca kənd təsərrüfatı üzrə araşdırmaçı mütəxəssisdir. O, demək olar ki, Azərbaycanın cəbhə xəbərlərini mütəmadi olaraq izləyir. Onun izlədiyi xəbər agentlikləri arasında "Sputnik" BİA da var:

"İngilis dilində izlədiyim Sputnik İnformasiya Agentliyinin xəbərləri digər xəbər agentlikləri ilə müqayisədə reallığa daha gözəl güzgü tutur. Lakin bəzi əcnəbi, eyni zamanda da təsadüfi hesab ediləcək xəbər saytlarındakı məlumatlar məni çox təəccübləndirir. Bu gün azərbaycanlılar hələ də doğma torpaqlarının bir hissəsindən məhrum olublar. Bəzi xəbər saytları isə qeyd edir ki, hazırkı status-kvo hər bir əhalinin avtoderminasiya hüququna əsaslanır. Onlar qeyd edirlər ki, ermənilər Dağlıq Qarabağda üstünlüyə sahibdirlər. Qarabağ regionu və Dağlıq Qarabağ arasında mövcud qarışıq coğrafiyada ermənilərə üstünlük verirlər".

Liaqrenin sözlərinə görə, belə media orqanları sadəcə olaraq 150-200 mindən bəhs edir və digər 7 bölgədən didərgin düşən 800 min nəfəri unudurlar: "Ötən əsrin sonlarında 30 min Azərbaycan vətəndaşının öldürülməsinə səbəb olan etnik təmizləmədən heç bəhs etmirlər. Lakin müdaxiləmdən sonra "Reuters" etnik təmizləmə ilə bağlı bəzi düzəlişlər etdi. Beləcə, 7 məqalə silindi və bir jurnalist işdən çıxarıldı. Unutmaq lazım deyil ki, hər bir insanın öz vətənində yaşamaq haqqı var və bu haqq hər şeydən öndədir".

Həmsöhbətimiz ümumiyyətlə, bu hadisələrdə təsadüfü müdaxilənin müsbət nəticə verəcəyini düşünmür: "ATƏT-in Minsk qrupunun danışıqlarından narahatam. Burada neytral mövqeli üzv ölkənin təmsilçiliyinə ehtiyac var. Məsələn, Cənubi Koreya və Yaponiya kimi arbitrə. Ümumiyyətlə, niyə islam dünyası pis, xristian dünyası isə yaxşı olaraq qələmə verilir, bunu da anlaya bilmirəm".

İsveçrəli A.Liaqre Ermənistan-Azərbaycan münaqişəsinə kənar müdaxilələrin olmayacağına ümid edir.

Amerikanın Miçiqan ştatında doğulan, 20 yaşlı Matt Qarnet Azərbayan ordusunun uğurlu əməliyyatı münasibəti ilə xalqımızı təbrik edir: "Düşünürəm ki, bu əməliyyatlar Azərbaycan torpaqlarının tamamilə azad olunması ilə nəticələnəcək. Bütün günü Azərbaycanla bağlı xəbərləri izləyir və sizin, ordunuz üçün dualar edirəm. Azərbaycan sülh tərəfdarı olsa da, Ermənistan bu yolla torpaqları geri qaytarmadı".

"Aprel, bu ilin iyul və sentyabrdan başlayan hadisələrlə bağlı daimi olaraq sosial şəbəkələr üzərindən müxtəlif statuslar paylaşıram ki, dostlarım, digər əcnəbilər də Azərbaycana dəstək olsun və ölkənizlə bağlı dolğun, düzgün məlumat almış olsunlar. Qarabağ Azərbaycandır, mübahisəsiz olaraq da Azərbaycanın əzəli torpağıdır", - deyə Matt əlavə edir.

O bildirir ki, ABŞ-dakı Azərbaycan diasporu üçün ABŞ Konqresindəki nümayəndələrlə əlaqə qurmaq lazımdır: "Biz çoxlu telefon danışıqları aparmalı, elektron poçtlar vasitəsilə də əlaqələr qurmalıyıq. Elektron poçtlarımıza cavab verilənədək əl çəkməməliyik. Konqres üzvləri ilə toplantılar təşkil edə bilsək, bu, çox möhtəşəm olar. Bu dəqiqə biz erməni lobbisindən daha fəal olmalı, daha çox çalışmalıyıq. Digər ölkələrdəki diasporlar da eyni işi görməli, böyük əzm göstərməlidir. Azərbaycana görə güclü olmalıyıq! Biz qalib gələcəyik. Artıq böyük qələbəmiz gəlir. Azərbaycan bayrağını bütün Qarabağda sancmalıyıq".

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    44
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    25
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    21