Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidВертолеты Ми-24 (вверху)
Вертолеты Ми-24 (вверху) - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda Rusiyanın 102-ci hərbi bazasına məxsus vertolyot raketlə vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

BAKI, 9 noyabr - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.

Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, vertolyot bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın uçuş keçirib.

Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.

Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir.

Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.

Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir" - XİN-in yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasına məxsus vertolyot raketlə vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Mi-24 Ermənistanın Ersax yaşayış məntəqəsində qəzaya uğrayıb.

İnsident bu gün saat 17.30-da, vertolyot 102-ci rus hərbi bazasının avtomobil kolonunu müşayət edərkən baş verib. Mi-24 yerdən ZRK raketindən atəş açılıb. Atəş nəticəsində vertolyot idarəetməni itirib və Ermənistanın dağlıq yerinə düşüb.

Nəticədə iki ekipaj üzvü həlak olub, bir nəfər orta zədələrilə evakuasiya edilib.

Xəbər lenti
0