Prezident: "Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək"

© © Official website of President of Azerbaijan RepublicПри Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года
При Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Hörmətli Prezident, əziz Qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil".

BAKI, 2 noyabr — Sputnik. "Vətən müharibəsi gedir. Yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

"Çox sağ olun ki, gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylik təzahürüdür. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq.

Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Hörmətli Prezident, əziz Qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür.

Hörmətli Binəli bəy, biz sizinlə bərabər bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik, nə qədər böyük səylər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın olsun. Çox önəmli layihələrin, sizin də rəhbərlik etdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi onların sırasında mühüm yer tutur. Bundan sonra digər layihələr də olacaq. İnşallah, bundan sonra da uğurlu işbirliyimiz davam edəcəkdir.

Sizə bir daha təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfəriniz bizə həmrəylik, dəstək göstərmək mənasını daşıyır. Buna görə də çox minnətdaram", - deyə İlham Əliyev bildirib.

Xəbər lenti
0