22:06 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
52 0 0

"Cari ilin 9 ayının nəticələrinə əsasən hazırda özünüməşğulluq proqramına cəlb edilmiş 8 mindən çox şəxsin içərisində minlərləsi məcburi köçkünlərdir"

BAKI, 31 oktyabr — Sputnik. Özünüməşğulluq proqramına cəlb olunan məcburi köçkünlər azad edilmiş torpaqlara qayıtmağa hazırlaşırlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev məlumat verib. O bildirib ki, özünüməşğulluq proqramı görünən odur ki, heç bir vətəndaşın kənarda qalmasına imkan verməyib. Bura məcburi köçkünlər də daxildir: "Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq 2018-ci ildən proqramın əhatə dairəsi daha da genişləndirilib. Belə ki, 2018-ci ildə 7267, 2019-cu ildə 10 min 352 nəfər bu proqrama cəlb edilib".

DMA-nın İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin sözlərinə görə, cəlb olunanlar arasında məcburi köçkünlər də ön sıralarda gedirlər: "2018-ci ildə proqrama cəlb edilən məcburi köçkünlərin sayı 2 min, 2019-cu ildə 3 min yaxındır. Cari ilin 9 ayının nəticələrinə əsasən hazırda özünüməşğulluq proqramına cəlb edilmiş 8 mindən çox şəxsin içərisində minlərləsi məcburi köçkünlərdir".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Əsas mövzular