16:24 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1138)
8 0 0

Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğu 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikasına dair məlumat yayıb.

Sputnik Azərbaycan prokurorluğun məlumatına istinadla xəbər verir ki, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Goranboy üzrə 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub.

Tərtər üzrə 16 nəfər həlak olub, 50 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir. Bərdə üzrə 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Beyləqan üzrə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Ağcabədi üzrə 1 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Füzuli üzrə 3 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Ağdam üzrə 7 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Yaralanan şəxslərdən biri KİV nümayəndəsidir.

Mingəçevir üzrə 5 nəfər yaralanıb.

Daşkəsən üzrə 1 nəfər yaralanıb.

Cəbrayıl üzrə 1 nəfər yaralanıb.

Xocalı üzrə 1 nəfər yaralanıb.

Qəbələ üzrə 1 nəfər yaralanıb.

Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1138)

Əsas mövzular