03:19 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
96 0 0

Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub

BAKI, 17 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Real TV məlumat yayıb.

Dövlət başçısının müraciəti AzTV ilə yayımlanacaq.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Əsas mövzular