01:07 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
9610

Prezident İlham Əliyev: “Nə vaxt müjdə veriləcək - 18-dəmi, 17-dəmi, 19-damı - o qədər önəmli deyil. Önəmli odur ki, biz bunu edək”

BAKI, 16 oktyabr - Sputnik. “18 oktyabr doğrudan da tarixi bir gündür. Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik qazandı. Müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır oldu, faciəvi keçdi. Biz müstəqilliyi itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik, cəmi 2 il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda Azərbaycan daxilində gedən daxili çəkişmələr böyük böhrana, krizə səbəb oldu. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi, stabillik təmin edildi. Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber”ə kanalına müsahibəsində “18 oktyabr önəmli bir gündür - Azərbaycanın Müstəqillik günüdür. Bu tarixdə Azərbaycan xalqı Sizdən bir müjdə gözləyir, inşallah. Qarabağla bağlı bir müjdəniz olacaqmı” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, ona görə də 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir: “Ancaq bu müddət ərzində, bu 17-18 gün ərzində mən heç zaman bizim ordu qarşısında hansısa tarixdə bunu alacaqsan, hansısa tarixdə bunu alacaqsan - belə vəzifə qoymamışam. Çünki müharibənin öz qaydaları var, öz qanunları var. Bizim üçün əsas məsələ ərazi bütövlüyümüzü bərpa etməkdir. Nə vaxt müjdə veriləcək - 18-dəmi, 17-dəmi, 19-damı - o qədər önəmli deyil. Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eyni zamanda biz bəzi kəndlər haqqında məlumatı bu gün də verə bilərdik və bəlkə də olacaq. Ancaq ən önəmlisi strateji yüksəklikləri götürməkdir. Çünki bu yüksəklikləri biz götürərkən daha böyük əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır: “Təbii ki, dünya dəyişir, dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt bundan sonra heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Biz buna nail olmaq üçün böyük səy göstərdik, siyasi, iqtisadi, diplomatik, hərbi... Bizim demək olar ki, Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün Ordunun döyüş qabiliyyəti bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, bəzi inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Bu təcrübə mən əminəm ki, kitablarda da olacaq, tədqiqatlarda da olacaq. Ona görə atamın yoluna sadiq qalaraq, bu şərəfli missiyanı da icra edirik. İnşallah sona qədər başa çatdıracağıq”.

Əsas mövzular