15:59 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
AZƏRBAYCAN
Qısa URL
71130

Jalə Həsənli: "Bizim torpaqlarımızı, yeməklərimizi, musiqimizi özəlləşdirmək istədikləri azmış kimi, indi də məni "özəlləşdirmək" istəyirlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistanın informasiya müharibəsi qəribə məcrada davam edir. Sputnik Azərbaycan xəbər verir ki, ermənilərin sosial şəbəkələrdə yayılan daha bir "fake" məlumatında bir neçə gün öncə xalqımıza cəbhədən gələn sevindirici qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin Ermənistanın İctimai televiziyasının aparıcısı olduğu irəli sürülüb.

Fake məlumatda bildirilib ki, "erməni aparıcı" Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib. Məsələ ilə bağlı İTV-nin xəbər aparıcısı Jalə Həsənli Sputnik Azərbaycan-a açıqlamasında ermənilər tərəfindən "özəlləşdirilməsini" belə ifadə edib:

"Abırsızlığın, üzsüzlüyün son həddidir bu. Bizim torpaqlarımızı, yeməklərimizi, musiqimizi özəlləşdirmək istədikləri azmış kimi, indi də məni "özəlləşdirmək" istəyirlər. Heç nəyi olmayan bədbəxt millətdir, təəccüblənmirəm. Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir!"

Bildirək ki, sosial şəbəkələrdə Jalə Həsənlinin "erməni" kimi təqdimatı yumorla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın İctimai televiziyasının aparıcısı Jalə Həsənli işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlərin düşməndən azad olunması xəbərini izləyicilərə çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

Əsas mövzular