Hökumət nümayəndələri cəbhəboyu kəndlərdə olublar

© Sputnik / Ilham MustafayevTovuzun Əlibəyli kəndi düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir
Tovuzun Əlibəyli kəndi düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

BAKI, 26 sentyabr - Sputnik. Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

Bu barədə Nazirlər Kabinetindən bildirilib. 

Hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.

Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.

Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

Xəbər lenti
0