İlin ən romantik fəslinin daxil olacağı tarix açıqlandı

© Sputnik / Ilham Mustafayev Göygöldə yol
 Göygöldə yol - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq

BAKI, 19 sentyabr — Sputnik. Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. Sputnik Azərbaycan-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

Xəbər lenti
0