MN: Dağıdıcı gücə malik silahların yalnız cüzi bir hissəsinidən istifadə etmişik

© AFP 2023 / KCNA via KNS Стрельба артиллерии, фото из архива
Стрельба артиллерии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, təxribat məqsədilə Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Ümmumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb. Ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub. Qarşı tərəfin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb.

 Учения реактивно ракетно-артиллерийских подразделений Отдельной общевойсковой армии - Sputnik Azərbaycan
Daha bir sərrast atəş: Canlı qüvvə daşıyan texnika məhv edildi – VİDEO

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, təxribat məqsədilə Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər. Buna baxmayaraq Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin yalnız hərbi hədəflərinə qarşı zərbələr endirilib. Qəsdən Azərbaycan kəndlərini, mülki insanları və mülki obyektləri hədəfə alan Ermənistan silahlı qüvvələri bölmələrinin atəş nöqtələri bölmələrimizin dəqiq atəşi ilə susdurulub:

"Bildirirəm ki, Azərbaycan Ordusu son döyüş əməliyyatları zamanı sərəncamındakı, müasir informasiya texnologiyalarından istifadə edilməklə yüksək dəqiqliklə idarə olunan və geniş ərazidə dağıdıcı gücə malik silahların yalnız cüzi bir hissəsini istifadə edib. Bu hələ hamısı deyil.

Son döyüşlərdə qoşunlarımızın Ermənistan silahlı qüvvələrinin mövqelərini, hərbi obyektlərini, döyüş texnikası, canlı qüvvəsi və ehtiyatlarını necə dəqiqliklə məhv etdiyi təqdim edilmiş video materiallardan da aydın müşahidə edilmişdir. Bu Azərbaycan Ordusunun döyüş imkanlarının, hərbi potensialının və şəxsi heyətin peşəkarlığının göstəricisidir.

Əminliklə deyirəm ki, Ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksək olması, sərəncamında olan döyüş əməliyyatlarının aparılması və təhlükəsizliyimiz üçün təyin edilən müasir silah və texnika qələbəmizi tam təmin edəcək".

Xəbər lenti
0