19:02 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
32 0 0

Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. "Biz hər bir halda vətəndaşlarımıza Azərbaycan Respublikasının qanunvericiliyini bu sahədə izah etmişik, çatdırmışıq ki, zərurət yarandıqda təlimatları olan hərbi vəzifəlilər çağırılaraq müxtəlif hərbi hissələrə göndərilə bilərlər". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

"Bu, hərbi vəzifəlilər və yaxud digər kateqoriyada olan Azərbaycan vətəndaşlarının hamısı bizdə qeydiyyatda var. Onların təkrar qeydiyyata alınması, sadəcə, qeydiyyata alınmaqdır. Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib. Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb. Mən göstəriş verdim, onların rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçirdik".

Əsas mövzular