15:08 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (30)
66310

Vaqif Dərgahlı: "Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 iyul – Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

"Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”, - deyə V. Dərgahlı vurğulayıb.

MN rəsmisi Ermənistan ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusunun olmadığını da bildirib. Vaqif Dərgahlı Ermənistan tərəfinin "ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə" dediklərinə cavab olaraq bildirib.
"Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, Ermənistan ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin", - deyə Vaqif Dərgahlı qeyd edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (30)

Əsas mövzular