SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Təcavüzkar siyasətlə digər ölkələri təhdid edirlər - Hikmət Hacıyev

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan özünün sosial-iqtisadi problemlərinin dərinləşməsi fonunda uzun sürən hərbi münaqişənin kəskinləşməsinə çalışır.

 

BAKI, 14 iyul - Sputnik. Ermənistanın təcavüzkar siyasəti digər ölkələri təhdid edir. Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev lenta.ru-ya Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı müsahibəsində deyib.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz istiqamətində təxribatçı hərəkətlər edib və atəşkəs rejimini kobud şəkildə pozub. Onlar ilk olaraq öz artilleriyasını işə saldılar, lakin cavab atəşi və əks-hücumla bunun qarşısı alındı”, - deyən Hacılyev vurğulayıb ki, atəşkəs rejiminin pozulması bütün bu hadisələrə görə məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü açıq şəkildə göstərir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
SİYASƏT
Müdafiə Nazirliyindın daha bir təkzib: PUA-lar tam tərkibdə sıradadır

Yerevana bütün bunların nə üçün lazım olduğu barədə suala cavabında Azərbaycan prezidentinin köməkçisi deyib ki, Ermənistan hərbi avantüralar yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı işğalçılıq və təcavüz siyasətinə görə məsuliyyətdən qaçmağa çalışır. Çünki Yerevanın fəaliyyəti üzv olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə ziddir.

Hacıyev həmçinin qeyd edib ki, Ermənistan öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda uzun sürən hərbi münaqişənin kəskinləşməsinə çalışır. Üstəlik, Ermənistan rəhbərliyinin destruktiv siyasətinin nəticəsi olan COVID-19-un geniş yayılması da, diqqəti daxili problemlərdən yayındıraraq sərhəddəki gərginliyə yönəltməyə hesablanıb.

"Ölkəmiz sərhəddə gərginliyin yaranmasına qarşıdır. Həm sərhəd xidmətlərimiz, həm də Silahlı Qüvvələrimiz təxribatın qarşısını almaq üçün qüvvələrini səfərbər ediblər", - deyə o vurğulayıb.

Tovuzun Dondar Quşçu kəndində vəziyyət - Sputnik Azərbaycan
Baş Prokurorluq cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yaydı

Bakının hadisələrin bu cür inkişafına hazır olub-olmaması barədə suala cavab verən Hacıyev bildirib ki, iyulun 12-də Ermənistan tərəfindən Tovuz sərhəddinə ağır hərbi texnika və canlı qüvvə daşınması müşahidə edilib. Azərbaycan tərəfi bunu artilleriya qurğularından istifadə etməklə hücumun Ermənistan tərəfindən əvvəlcədən hazırlanmasının sübutu kimi qiymətləndirir.

"Amma nəticədə onlar heç yeri tuta bilmədilər. Bakı hər zaman təxribatların qarşısını almağa və Ermənistan-Azərbaycan sərhədində gərginlik yaratmağa hesablanmış belə insidentlərin aradan qaldırılmasına hazırdır", - deyə o bildirib.

Onun sözlərinə görə, Qazax və Tovuz rayonları boyu əhəmiyyətli sahədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Ermənistan tərəfi isə əksinə, iki ölkə arasında dövlət sərhədini sistemli şəkildə hərbiləşdirməkdə və dinc vətəndaşları qəsdən atəşə tutmaqda davam edir.

Bu vəziyyətin daha ciddi silahlı münaqişəyə çevrilə bilib-bilməyəcəyinə toxunan prezident köməkçisi deyib ki, Ermənistan Dağlıq Qarabağı və daha yeddi rayonu işğal etdikdən sonra Azərbaycanla Ermənistan arasında ciddi münaqişə 30 ildir davam edir. Onun sözlərinə görə, iki ölkənin silahlı qüvvələri indi də orada üz-üzə dayanıblar.

"Bütün bunlar 100 minlərlə hərbçinin üz-üzə dayandığı Birinci və İkinci Dünya müharibəsinin ssenarisini xatırladır. Bu da onu deməyə əsas verir ki, istənilən vaxt toqquşma gözləniləndir. Bundan sonra da təxribatlar gözləməyə dəyərmi, bunu Ermənistan tərəfindən soruşmaq lazımdır, axı onlar Azərbaycan torpaqlarını zəbt ediblər", - deyə Hacıyev qeyd edib.

Стрельба артиллерии, фото из архива - Sputnik Azərbaycan
Cəbhədən yeni xəbər: Tovuzun daha bir kəndi artilleriyadan atəşə tutulub

Azərbaycan prezidentinin köməkçisi münaqişənin bütün regionu əhatə edib-etməyəcəyi barədə suala cavab verərkən, bu ssenarini qeyri-real adlandırıb. İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin narahatlıqlarını bildirdiklərini xatırladan Hacıyev qeyd edib ki, Azərbaycan bu ölkələrə Ermənistanın məsuliyyətsiz siyasətinə biganə qalmadığına görə təşəkkür edir. Onun sözlərinə görə, qonşu ölkələr dünyada vəziyyətin onsuz da qeyri-sabit olduğunu başa düşürlər və müharibə qızışacağı təqdirdə bu, onlara da təsir göstərəcək. Ermənistan isə düşünülməmiş hərəkətlər edir və onların nəticələri haqqında fikirləşmir.

"Azərbaycan bu məsələni sülh yolu ilə həll etməyə həmişə hazırdır və biz həmişə öz təşəbbüsümüzü göstəririk. Biz ATƏT nümayəndəsi ilə məsələləri həmişə müzakirə edirik və digər ölkələrin diqqətini yayındırmaq istəmirik, amma Ermənistan digər regionları öz təxribatlarına cəlb etməkdə çox maraqlıdır", - deyə lenta.ru-nun həmsöhbəti vurğulayıb.

Rusiyanın münaqişənin qarşısını almağa kömək edəcək tərəf qismində çıxış etməsinə gəlincə, Hacıyev deyib ki, bu məsələnin həllində Rusiya tərəfinin rolu həqiqətən çox böyükdür.

"Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazımi addımları atıblar, biz bunu çox yüksək qiymətləndiririk. Ancaq əfsuslar olsun ki, ermənilərin işğalçı və təxribatçı addımları məsələni sülh yolu ilə həll etməyə imkan vermir. Biz bütün beynəlxalq birliyə müraciət edirik ki, Ermənistanı məsuliyyətə cəlb edək", - deyə o bildirib.

“Ermənistan sübut edir ki, məsələnin sülh yolu ilə həll olunmasında maraqlı deyil. Ermənistanın bu təcavüzkar siyasəti bir sıra başqa ölkələri də təhdid edir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi fikrini yekunlaşdırıb.

Xəbər lenti
0