Azərbaycanlı gənc Nyu-York sakinlərinə maska paylayıb

© Photo : Instagram / osoznalaghФархад Агамалиев, фото из архива
Фархад Агамалиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fərhad Ağamalıyev dostu ilə birlikdə ABŞ-da xeyriyyəçiliklə məşğul olaraq yerli sakinlərə və tibb müəssisələrinin əməkdaşlarına kömək ediblər.

BAKI, 2 may — Kəmalə Əliyeva, Sputnik. Əyləncə tədbirlərin təşkilatçısı Fərhad Ağamalıyev dostu Əli Morfla birlikdə xeyriyyəçiliklə məşğul olmaq və tibbi maskalar axtarışında olan Nyu-York sakinlərinə kömək etmək qərarına gəliblər. Sputnik Azərbaycan-a bu barədə şoumenin özü məlumat verib.

Koronavirusun tüğyan etdiyi Amerikada insanların xəstəlikdən qorunması üçün kifayət qədər maska yoxdur. Ağamalıyevin sıx əməkdaşlıq etdiyi Çin istehsalçıları ona ucuz qiymətə maskalar təklif ediblər. İki dost büdcələrinin bir hissəsini xeyriyyəçilik üçün ayırmağa qərar veriblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Farhad Agh (@osoznalagh)

"Bu çətin dövrdə bir-birimizi dəstəkləməliyik. Biz maskaların ilk partiyasını küçədə Nyu-York sakinlərinə payladıq. Daha sonra yeni partiyanı sifariş etdik və Amerika xəstəxanalarının birində payladıq", - Ağamaliyev qeyd edib.

Fərhad Ağamaliyev Praqada təhsil alıb. O, 2019-cu ildə "Work and Travel" proqramı üzrə Amerikaya köçüb. Fərhad hazırda orada əyləncə tədbirlərinin təşkilatçısı kimi fəaliyyət göstərir.

Xəbər lenti
0