CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən cərimələr işə düşür - Bu qaydaları pozanlar üçün

© Sputnik / Anar MustafayevПаркомат в Баку, фото из архива
Паркомат в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur"

BAKI, 1 may — Sputnik. "Bu gündən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürülür və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görülür".

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, 27 apreldən karantin rejiminin yumuşaldılması, eləcə də bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır: "Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.  Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur. Bu səbəbdən də cərimələr bu gündən bərpa olunur. Bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edirik".

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar Bakı şəhərinin küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq, 21 mart 2020-ci il tarixindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılmışdı.

Xəbər lenti
0