CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əvvəlki kimi yeyib-içə bilməyəcəksiniz - Restoran və kafelər necə açılacaq

© Sputnik / Murad OrujovРесторан в Баку
Ресторан в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Bayramov deyib ki, Mərkəzi və Şərqi Avropa ölkələrində restoran və kafelərlə bağlı standartları Azərbaycanda da tətbiq etmək mümkündür.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük zərər vurmaqdadır. Gündəlik itkilərin məbləği 120-150 milyon manatdır. Bəs vəziyyətdən çıxış yolu kimi hansı sektorların fəaliyyətinin bərpasına ehtiyac var?

Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiya 20 fəaliyyət sahəsinə neqativ təsir göstərib və onların 11-də fəaliyyətlərin tamamilə dayanmasına, 9-da isə fəaliyyətlərin 70 faiz məhdudlaşmasına səbəb olub. Pandemiya bir tərəfdən real sektorda fəaliyyətlərin məhdudlaşmasına, digər tərəfdən isə büdcəyə daxilolmalara neqativ təsir göstərib. İlin birinci rübündə büdcə öhdəliklərini artıqlaması ilə yerinə yetirmək mümkün olub. Lakin apreldə pandemiyanın təsirləri səbəbindən real sektordakı vəziyyətin büdcə öhdəliklərinə birbaşa təsir edəcəyi gözləniləndir.

Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaydalar sərtləşdirildi – Kafe, restoran, çayxana, internet klubları iş vaxtı azaldıldı

"Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri neqativdir və hökumət təsdiq etdiyi iqtisadi paketlə bu təsirləri minimum endirməyə çalışır. Bu konteksdə, Azərbaycan iqtisadiyyatına dəyən itkilərin azaldılması istiqamətində təkliflərimiz ondan ibarətdir ki, real sektorda fəaliyyət mərhələli şəkildə bərpa olunsun. Artıq aprelin 27-dən etibarən bir sıra istiqamətlərdə fəaliyyətlərin bərpasına başlanılıb. Təklif edirik ki, hansı sektorlarda fəaliyyətlərin bərpası pandemiyanın yayılmasına təsir etmirsə, onların fəaliyyətləri bərpa edilsin", - deyə Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, müəyyən addımların reallaşması üçün eyni zamanda yeni standartların təsdiq və tətbiqinə ehtiyac var. Onun fikrincə, restoran və kafelərin fəaliyyətinin mərhələli şəkildə bərpası vacibdir. Bunun  üçün standartların müəyyənləşməsinə ehtiyac var.

“Mərkəzi və Şərqi Avropa ölkələrində restoran və kafelərlə bağlı standartlar müəyyənləşib. Bu standartlara görə, masalararası məsafə 2 metrdən az olmamalıdır. Bu ölkələrdə elektron menyunun tətbiqinə də start verilib. Azərbaycanda da bu standartları tətbiq etməklə həmin sektorlarda fəaliyyətləri bərpa etmək mümkündür", - deyən iqtisadçı əlavə edib ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan paketdə sahibkarlara post-pandemiya dövründə kifayət qədər güzəştlər təklif olunur. Həmin sahibkarlar bu güzəştlərdən yararlanmaqla fəaliyyətlərini bərpa etmiş olacaqlar.

Xəbər lenti
0