CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident karantin müddəti barədə danışdı

© Sputnik / Ilham MustafayevAğstafada vəziyyət
Ağstafada vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Əliyev deyib ki, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır

BAKI, 17 aprel — Sputnik. Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Prezident çıxışı zamanı karantin rejiminin uzadılacağını bildirib. İ.Əliyev deyib ki, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır: "Hesab edirəm ki, bu düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır".

Xəbər lenti
0