Qazax istiqamətində növbəti təxribatın qarşısı alındı

© State Border Service of Azerbaijan RepublicDövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­la­yıb
Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­la­yıb - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 3 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax rayonunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistan Respublikasının İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Xəbər lenti
0