Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

© AR Ministry of DefenceHərbi Dəniz Qüvvələrində taktiki təlim
Hərbi Dəniz Qüvvələrində taktiki təlim - Sputnik Azərbaycan
Abunə olmaq
Tfktiki təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.

BAKI, 30 mart — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.

Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.

Xəbər lenti
0