QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistanda hörmətə layiq subyekt olanda tonumuz da hörmətcil olacaq"- Leyla Abdullayeva

© Sputnik / Murad OrujovAzərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə mülki şəxsin günahsız ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var"

BAKI, 15 mart — Sputnik. "Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Bu utanmazlığın və ikiüzlülüyün yüksək həddidir".

Sputnik Azərbaycan bildirir ki, bunu Ermənistan XİN-in açıqlama ilə çıxış edərək, yenidən tarix və demokratiya məsələlərində Azərbaycana qarşı ittihamlar səsləndirməsinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva deyib. 

"Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə mülki şəxsin günahsız ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var.

Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir.

Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq olan və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq", - deyə L.Abdullayeva vurğulayıb.

Xəbər lenti
0