DSX: Qazaxda döyüş məntəqələrimiz atəşə tutulub, düşmən susdurulub

© Sputnik / Ilham MustafayevErməni əhatəsində olan Quşçu Ayrım kəndi
Erməni əhatəsində olan Quşçu Ayrım kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub

BAKI, 8 mart — Sputnik. Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-dan bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Xəbər lenti
0