Azərbaycan ordusu Ermənistanı geridə qoydu – REYTİNQ

© Photo : REPORTDSX Çevik Hərəkət Dəstəsinin hərbçisi, arxiv şəkli
DSX Çevik Hərəkət Dəstəsinin hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
138 ölkənin silahlı qüvvələrini əhatə edən bu reytinq hazırlanarkən şəxsi heyət, hərbi hava qüvvələri, quru qoşunları və dəniz qüvvələri, eləcə də büdcə, logistika, coğrafi mövqe də daxil olmaqla 50 faktor meyar kimi nəzərə alınıb.

BAKI, 4 fevral — Sputnik. Azərbaycan Silahlı Qüvvələri dünyanın 138 ordusu arasında gücünə görə 63-cü yerdə qərarlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Global Fire Power” saytının illik hesabatında deyilir.

"2020: hərbi güc reytinqi" adlı hesabata görə, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir, belə ki, siyahıda Gürcüstan 93-cü, Ermənistan isə 112-ci sırada qərarlaşıb.

© Sputnik / Irade JELILDənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilib
Azərbaycan ordusu Ermənistanı geridə qoydu – REYTİNQ - Sputnik Azərbaycan
Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilib

138 ölkənin silahlı qüvvələrini əhatə edən bu reytinq hazırlanarkən şəxsi heyət, hərbi hava qüvvələri, quru qoşunları və dəniz qüvvələri, eləcə də büdcə, logistika, coğrafi mövqe də daxil olmaqla 50 faktor meyar kimi nəzərə alınır. Bu göstəricilər əsasında hər ölkə üçün “Güc İndeksi” ( Power Index) hesablanır.

Hesabata görə, Azərbaycanın hərbi büdcəsi 2 milyard 805 milyon dollardır. Ümumi hərbçi sayı isə 426 min nəfərdir: onlardan 126 mini hazırda hərbi xidmətdə, 300 mini isə ehtiyatdadır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hazırda 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarəsi, 88 helikopteri və 17 hücum helikopteri var.

Məlumata görə, Quru Qoşunlarımızın 570 tankı var. Azərbaycan Hərbi Donanmasının isə 31 gəmisi var – bunlardan 4-ü sualtı qayıq, 13-ü patrul qayığı, 7-si minaaxtaran gəmi və 1-i freqatdır.

Xəbər lenti
0