05:46 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
9 0 0

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin əvvəlindən dekabrın 1-dək ölkə əhalisinin sayı 78737 nəfər və ya 0,8 faiz artaraq, 10060194 nəfərə çatıb

BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda ölənlərin sayında azalma qeydə alınıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Həmin dövrdə doğulan uşaqların sayı isə 129183 olub.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Qeyd edək ki, 2019-cu ilin əvvəlindən dekabrın 1-dək ölkə əhalisinin sayı 78737 nəfər və ya 0,8 faiz artaraq, 10060194 nəfərə çatıb.

Əsas mövzular