Sərhəddə təxribatın qarşısı alınıb, düşmən geri susdurulub

© AP Photo / Raad AdaylehГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub

BAKI, 11 yanvar — Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. 

На общевойсковых полигонах проводятся тактические учения ракетно-артиллерийских подразделений - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölmələrə "Atəş!" əmri verildi - VİDEO - FOTO

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata əsasən, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Xəbər lenti
0