SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"İlham Əliyev qardaşımla da bu barədə söhbətimiz oldu. Gözləyir" – Ərdoğan

© © Daniel Leal-Olivas/Pool via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev qardaşımla da bu barədə söhbətimiz oldu. Gözləyir. İnşallah ora gedər, iki oyunu orada izləyərəm. İnşallah, qrupdan çıxarıq

BAKI, 16 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Futbol üzrə Avropa Çempionatının oyunlarını Bakıda izləyəcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də bir neçə televiziya və radioya verdiyi müsahibəsində bildirib.

Belə ki, müsahibə zamanı Ərdoğan AVRO-2020 çərçivəsində İtaliya – Türkiyə oyununu izləyib-izləməyəcəyinə dair sualı cavablandırıb:

"Qəribədir. İtaliyada başlayır. İtaliya millisi də orada oynayır. Bu necə işdir? Bizim digər iki oyunumuz Bakıda olacaq. Bakıdakı oyunları izləyə bilərəm. Romaya getməyə bilərəm. Lakin iki oyun Bakıda olacaq. İlham Əliyev qardaşımla da bu barədə söhbətimiz oldu. Gözləyir. İnşallah, oraya gedər, iki oyunu orada izləyərəm. İnşallah, qrupdan çıxarıq".

Qeyd edək ki, AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonun "Uembli" stadionunda keçiriləcək final oyunu ilə başa çatacaq.

Oyunlara ev sahibliyi edəcək şəhərlər: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqdur.

Azərbaycan paytaxtı Bakının Olimpiya Stadionunda 13, 17 və 21 iyun tarixlərində "A" qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Xatırladaq ki, noyabrın 30-u Rumıniyanın paytaxtı Buxarestdə baş tutmuş püşkatmanın nəticələrinə görə, Uels, İtaliya, Türkiyə və İsveçrə milliləri "A" qrupunda yer alıblar.

Xəbər lenti
0