Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir – İlham Əliyev

© Official website of President of Azerbaijan Republicİlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılıb,

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 noyabr - Sputnik. "Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılıb, bir neçə beynəlxalq tədbirlər keçirilib. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Dini Liderlərinin II Bakı sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, Bakı Humanitar Forumu, BMT tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya din rəhbərlərinin zirvə görüşlərinin əsas məqsədi dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək, beləliklə dünyada gedən müsbət proseslərə töhvə verməkdir: "Biz mətbuatdan da izləyirik ki, dünyada dini, məzhəb zəmnində bir çox xoşagəlməz hallar baş verir, münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanı axıdılır. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə səylərimizi birləşdirməliyik".

Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева приняли участие во II Саммите мировых религиозных лидеров в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda dövlət din münasibətləri yüksək səviyyədə tənzimlənir: "Dövlət din münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə xalqa ləyaqətlə xidmət edib. Həm sovetlər, həm də müstəqillik dövründə. Dövlət-din münasibətlərinin təməlini Heydər Əliyev qoymuşdur. Necə ki, bütün istiqamətlər üzrə Azərbaycanın inkişaf konsepsiyasını biz onun adı ilə bağlayırıq. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Lakin ilk 2 ildə müstəqillik formal xarakter daşıyırdı və demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə də 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşaraq, Azərbaycan daha da dərin böhrana düçar oldu. Ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsi, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu anti-milli satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi. 1 ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət edib, ona ölkənin gələcəyini etibar etdi".

Azərbaycan Prezidenti bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində önəmli addımlar atı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal olunmuş torpaqların bəzilərini geri qaytara bilmişdi: "Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu, ölkə beynəlxalq təcriddən çıxa bildi və iqtisadi, siyasi islahatlar aparılmağa başlandı. O cümlədən, dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır.

Xəbər lenti
0