Sumqayıtda daha bir yenilik - kartinq

© Sputnik / Murad OrujovОткрытие Бакинского картинг центра
Открытие Бакинского картинг центра - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə bu əyləncəli idman növü üçün nəzərdə tutulan meydança yaxın vaxtlarda istifadəyə veriləcək

BAKI, 24 oktyabr — Sputnik. Gənclər şəhərində daha bir yenilik gerçəkləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, Sumqayıtda ilk dəfə kartinq istifadəyə veriləcək. Yeni bulvar ərazisində nəzərdə tutulan yerdə artıq betonlama işlərinə start verilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə bu əyləncəli idman növü üçün planlaşdırılan meydança yaxın vaxtlarda istifadəyə veriləcək.

Qeyd edək ki, Sumqayıt şəhəri bu il 70 illik yubileyini qeyd edir. Gələn ay şəhərdə bir sıra mədəni-ictimai obyektlər istifadəyə veriləcək. Belə ki, ilin əvvəlindən tikintisi başlayan Muğam mərkəzi və "Nizami" kinoteatrında artıq tamamlanma işləri aparılır. Sözügedən obektlərin açılışı Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı nəzərdə tutulub.

Xəbər lenti
0