SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Zəngəzurun Ermənistana birləşdirilməsi türk dünyasını coğrafi baxımdan parçaladı"

Abunə olmaq
Bizi birləşdirən ortaq söykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı təməlli fəaliyyətimiz üçün əsasdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr - Sputnik. "Bizi birləşdirən ortaq söykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı təməlli fəaliyyətimiz üçün əsasdır. Türkdilli Dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammitində çıxış edərkən deyib.

İlham Əliyev xatırladıb ki, Türk Şurasının 7-ci zirvə görüşü Naxçıvan sazişinin 10-cu ilinə təsadüf edir: "2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın yeni formatı yaradılıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bögəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Lakin biz qardaşlığımızı gücləndirib, əməkdaşlığımızın yeni təsisatlanmış formatını yaratdıq. Naxçıvanda qəbul etdiyimiz qərarlarla, birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik, qardaşlığımızı davam etdiririk".

Azərbaycan Prezidenti bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən 10 il müddətində əhəmiyyətli inkişaf yolu keçib: "Şura ölkələrimiz arasında, siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Şuranın beynəlxalq təşilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İƏT, ATƏT və digər təşilatlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu zəngin mədəni irsimizin tədqiqi,maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyəli rol oynayır.

Xatırladaq ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti keçirilir.  Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. O vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar. Azərbaycanın paytaxtında Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanacağı, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar qəbul ediləcəyi gözlənilir.

Sammit çərçivəsində TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək. Qeyd edək ki, Türk Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.

Xəbər lenti
0