Elçin Quliyev Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi

© State Border Service of Azerbaijan RepublicDövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­la­yıb
Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­la­yıb - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib

BAKI, 3 oktyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Yoxlanış oktyabrın 2-3-də aparılıb.

Son günlərdə xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.

Xəbər lenti
0