17:35 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
34 0 0

Yağışlar normadan artıq düşərsə, gərginliyin qaldığı sahələrində lokal sürüşmələrin baş verəcəyi qaçılmazdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanda sürüşmə sahələrində atmosfer çöküntüləri artdıqca gərginlik yarana bilər.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, yağış suları sürüşmə baş verən ərazilərdə aktivliyi artırır.

Mütəxəssisin sözlərinə görə, payız mövsümündə yağışlar intensivləşdiyi üçün ilk təhlükə sürüşmə zonalarında yaranır. Ə.Qaralov deyib ki, ötən həftə "Badamdar" sürüşmə sahəsinə baxış keçirilib, ərazidə yeni uçqunlar qeydə alınmayıb. Bununla belə, mütəxəssis Masazırda, Zəli gölü ətrafında 7 evin qəzalı vəziyyətdə olduğunu, sürüşmə sahəsində gərginliyin qaldığını bildirib. Onun sözlərinə görə, payız fəslində yağışlar normadan artıq düşərsə, gərginliyin qaldığı sahələrdə lokal sürüşmələrin baş verəcəyi qaçılmazdır.

Əlaqədar

Astarada torpaq sürüşməsi dəhşəti yaşanır, ailələr evsiz qalır
Cəlilabadda yol sürüşdü: 20 min sakin yolsuz qala bilər
Bayıl sakinlərinə şad xəbər: Veriləcək yardımın məbləği bilindi
Biri "olar" deyir, digəri "cinayət" adlandırır - Sual isə açıq qalır
Prezident qərar verdi – Evi dağılanlara bina tikiləcək

Əsas mövzular