Amerikalı pilot quş uçuşu yüksəkliyindən Bakını çəkib: Görənlər şokdadır

© Instagram / ktdronesFotoqraf KTDronesin çəkdiyi şəkil
Fotoqraf KTDronesin çəkdiyi şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
KTDrones təxəllüslü fotoqraf quş uçuşu yüksəkliyindən Bakının foto və videosunu çəkib, bununla da hər kəsi valeh edib

BAKI, 15 avqust — Sputnik. Məşhur amerikalı pilot və fotoqraf KTDrones ilk dəfə Bakını ziyarət edib və quş uçuşu yüksəkliyindən onun şəklini çəkib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, Bakının foto və videosunu özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində təqdim edib.

Pilot özünün əsl adını gizlədir və çəkdiklərini KTDrones təxəllüsü altında yayımlayır. O, artıq uzun illərdir dünyanın müxtəlif guşələrinə səyahət edir və indiyədək 36 ölkədə olub. Hər dəfə öz səyahətləri zamanı fotoqraf dronun köməyilə ən gözəl yerlərin şəkillərini çəkir.

Посмотреть эту публикацию в Instagram

Публикация от KTDrones-New World Perspective (@ktdrones)

Bakıya səfəri zamanı o, şəhəri gecə və gündüz quş uçuşu yüksəkliyindən çəkib, ən uğurlu kadrları sosial şəbəkədə paylaşıb. Əcnəbilər onun çəkdiyi şəkillərə və çarxa valeh olublar. Bakının bu qədər gözəl olması onları heyrətləndirib.

Xəbər lenti
0