Azərbaycan-Fransa müdafiə sənayesi əməkdaşlığı: paradokslar və perspektivlər

© AFP 2023 / BENOIT TESSIERПрезидент Франции Эммануэль Макрон, министр обороны Франции Флоренс Парли и Гийом Фори, генеральный директор Airbus, посещают стенд Airbus на 53-м международном парижском авиасалоне в аэропорту Ле-Бурже под Парижем
Президент Франции Эммануэль Макрон, министр обороны Франции Флоренс Парли и Гийом Фори, генеральный директор Airbus, посещают стенд Airbus на 53-м международном парижском авиасалоне в аэропорту Ле-Бурже под Парижем - Sputnik Azərbaycan
Abunə olmaq
"Ola bilər ki, Fransanın aparıcı müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlıq və müdafiə təyinatlı məmulatların birgə istehsalı nəticəsində Azərbaycan öz Silahlı Qüvvələrini sürətlə təkmilləşdirəcək və "iki təyinatlı" sənaye texnologiyalarının inkişafında əhəmiyyətli sıçrayış əldə edəcək"

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 1 avqust — Sputnik. Paris həm Bakı, həm də Yerevan ilə konstruktiv münasibətlər saxlamağa çalışır: qafqazlılara bu nə qədər paradoksal görünsə də, Qərbi Avropa üçün normal bir haldır. Fransa Qərbi Avropanın ən böyük erməni icmasının evinə çevrilib. Lakin hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycan daha ağır çəkili və perspektivli tərəfdaş kimi görünür.

Parisin energetika və müdafiə sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə marağını iyulun 29-da Bakıda səfərdə olmuş Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib.

İyunda keçirilmiş "Paris Air Show 2019" aviasiya sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirinin müşaviri Fərrux Vəzirov və Fransa Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Tomas Lorne iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər.

Krasnodar vilayətində hərbi təlim, arxiv şəkli - Sputnik Azərbaycan
Ruslar bunu da etdi, daha bir hərbi yenilik

Bundan başqa, Fransanın "Airbus", "Nexter", "Thales", "CS Communication", "Lacroix" və Türkiyənin "TAİ" şirkətlərinin rəhbərlikləri ilə görüşlər keçirilib. Bundan başqa müdafiə sahəsində birgə layihələrin reallaşdırılması üçün "yol xəritəsi"nin hazırlanması nəzərdə tutulub. Maraqlıdır ki, bu görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi polkovnik-leytenant Denni Pit müşayiət edib.

Fransanın nəhəng şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirmək niyyətindədirlər. Bu ölkənin bankları 2020-ci ildə Bakıdan 70 kilometr aralıda yerləşən Ələt azad iqtisadi zonanın inkişafında iştirak edə bilərlər. Bundan başqa, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların – təkərli zirehli texnikanın, dəniz və hava daşıyıcıları üçün robotlaşdırılmış silah növlərinin birgə istehsalı başlayacaq.

Yeni mərhələ

Baş verən proseslərin miqyasını anlamaq üçün yada salmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya 2018-ci il iyulun 20-də baş tutmuş səfəri zamanı Fransa şirkətləri ilə iqtisadi əməkdaşlığa dair dəyəri 2 milyard dollardan artıq olan bir sıra sənədlər və müqavilələr imzalanıb. Burada xüsusilə qeyd etmək lazımdır ki, "Azərkosmos" ASC və Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmik sahədə əməkdaşlığa dair çərçivə razılaşması imzalanıb. Bu iqtisadiyyatın və müdafiə sənayesinin təkmilləşdirilməsində keyfiyyətcə yeni bir mərhələnin başlaması deməkdir.

Russia Today-in stendi, arxiv şəkil - Sputnik Azərbaycan
Hərbi jurnalistlər RT-nin beynəlxalq mükafatını qazanıblar

Azərbaycan müstəqillik illəri ərzində bir sıra silah və müdafiə texnologiyaları tədarükçüləri ilə davamlı əlaqələr qurub: birinci üçlükdə ənənəvi olaraq Rusiya, Türkiyə və İsrail qərarlaşıb. Belarus Respublikasının da müdafiə-sənaye kompleksi bu siyahıya düşmək üçün uğurla mübarizə aparır.

Fransa ilə iqtisadi və maliyyə əməkdaşlığının yeni vektorunun yaratdığı perspektivlər sayəsində Azərbaycan zirehli texnika, müasir hava hücumundan müdafiə vasitələri, "Dassault Rafale" çoxyönümlü qırıcı-bombardmançı təyyarələrini və kosmik aparatlar ala bilər. Lakin kəlləçarx qiymətə. Məsələn, Qətər Fransa istehsalı olan dördüncü nəsil qırıcı təyyarələrin hər biri üçün Parisə 297 milyon dollar ödəyib. Yəni bir belə təyyarə Rusiya istehsalı olan beşinci nəsil "Su-57" döyüş təyyarəsindən üç dəfə baha başa gəlib. Amma ola bilsin fransızlar Azərbaycan üçün endirim etsinlər.

Fərrux Vəzirovun Parisdə danışıqlar apardığı şirkətlərin ixtisaslaşma sahələri və məhsulları ilə yaxından tanış olsaq, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın əsas inkişaf istiqamətlərini təyin etmək olar.

"Leclerc"in zirehi və sürətli "Jaguar"

Steno Impero tankeri - Sputnik Azərbaycan
İran Britaniya hərbi gəmisinə xəbərdarlıq edilməsi anının videosunu yayıb

Fransanın "Nexter" şirkətlər qrupu Avropanın müdafiə sənayesində liderlərdən biri hesab olunur. "Nexter" Fransa və digər ölkələrin quru qoşunları üçün "Leclerc" tanklarını, "Jaguar" zirehli transportyorları, "Caesar" artilleriya sistemlərini və sursatlarını, müxtəlif robotlaşdırılmış kompleksləri istehsal edir, eləcə də bu məmulatlara istismar dövrü ərzində xidmət göstərir.

Lakin qiymətlər yüksəkdir. Məsələn, giltorpaq-keramika, kompozit və reaktiv zirehlərə malik olan "Leclerc" tankı dünyada ən bahalı tanklardan biri kimi tarixə düşüb. Bir belə tankın qiyməti 12 milyon dollardır.

Qeyd edək ki, "Nexter" korporasiyasının ekspertlərinin iyulda Azərbaycana baş tutmuş səfəri zamanı da ikitərəfli danışıqlar davam etdirilib.

Fransanın "Thales" şirkətlər qrupu isə bütün döyüş şəraitlərində - quruda, dənizdə, havada və kosmosda istifadə olunan yüksək texnologiyalı elektronika üzrə ixtisaslaşıb. "Thales" sürətlə böyüyən pilotsuz aviasiya sistemləri bazarında liderlərdən biri hesab olunur və ola bilsin, bu bazarda İsraili sıxışdırsın.

Bu korporasiyanın müdafiə təyinatlı məmulatları (kibertəhlükəsizlik, kəşfiyyat, rabitə, atəşi idarə və digər sistemləri) dünyanın 50 ölkəsinə ixrac olunur. Məlumdur ki, "Thales" öz məmulatlarının təmiri və onlara xidmət göstərilməsi üçün Azərbaycanda regional mərkəz yaratmaq istəyir. Bununla da şirkət ölkənin coğrafi qonşularını da "əhatə etmək" niyyətindədir.

Давид Тоноян - Sputnik Azərbaycan
"Hərbi sürprizlər" gözlənilir – Ermənistan müdafiə naziri yeni silahlardan danışdı

Fransanın digər bir şirkəti "CS Communication" informasiya sistemlərinin (komanda vermə və idarə etmə üçün rabitə kanallarının) layihələndirilməsində ixtisaslaşıb. Şirkət, həmçinin radioelektron mübarizə vasitələrinin, naviqasiya, geolokasiya və virtual reallıq sistemlərinin istehsalı ilə məşğuldur, eləcə də elmi və sənaye layihələri üçün proqram təminatı hazırlayır.

Yuxarıda adını çəkdiyimiz "Lacroix" sənaye şirkəti də təxminən oxşar fəaliyyətlə məşğuldur: IT sistemlər, proqram təminatı, telemetriya, "iki təyinatlı" (mülki və hərbi) avtonom informasiya ötürücüləri.

Fransanın müdafiə sənayesi geniş nomenklaturada yüksək keyfiyyətli silah və hərbi texnika istehsal edir. Bu məmulatlara dünya bazarında ehtiyac var. Ola bilər ki, Fransanın aparıcı müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlıq və müdafiə təyinatlı məmulatların birgə istehsalı nəticəsində Azərbaycan öz Silahlı Qüvvələrini sürətlə təkmilləşdirəcək və "iki təyinatlı" sənaye texnologiyalarının inkişafında əhəmiyyətli sıçrayış əldə edəcək.

Bununla bərabər, Rusiya Federasiyası və Belarus Respublikası ilə ənənəvi əlaqələri də unutmaq lazım deyil, çünki görürsən hərdən Qərbdən sanksiyalar gəlir və Fransa silahları naməlum istiqamətdə üzüb gedirlər.

Xəbər lenti
0