CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilan sancmaların şok statistikası açıqlandı

© pixabay / u_8u5n1hlxЗмея
Змея - Sputnik Azərbaycan
Abunə olmaq
Şöbə müdiri hələki ölüm halının qeydə alınmadığını söyləyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. "Azərbaycanda 46 nəfəri ilan sancıb". Bu barədə Sputnik Azərbaycan-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.

A.Maqsudov bildirib ki, Mərkəzə gətirilənlərdən 15-nin vəziyyəti ağır olub. A.Maqsudov ilanvurmaların əsasən Aran bölgələrində qeydə alındığını söyləyib. Onun sözlərinə görə, ilanvurma hadisələri daha çox Şirvan, Hacıqabul, Bərdə, Yevlax və Kürdəmir rayonları ərazisində qeydə alınıb. Şöbə müdiri deyib ki, ilan vuranlardan 6-ü uşaq olub. A.Maqsudov ilan vuranların çoxuna rayonlarda tibbi yardım edildiyini söyləyib. Onun sözlərinə görə, bəzən avadanlıq olmadıqda xəstələrə yardım üçün Mərkəzdən həkim göndərilir. Xəstədə ağırlaşma qeydə alındıqda isə Mərkəzə gətirilir. Şöbə müdiri hələki ölüm halının qeydə alınmadığını söyləyib.

Xəbər lenti
0