CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Xan sarayında xəsarət alanların adları açıqlandı

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkidə baş vermiş hadisə ilə əlaqədar həkim briqadaları və FHN-nin helikopterləri cəlb olunub.

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 14 iyul - Sputnik. Şəki Xan sarayının həyətində baş vermiş hadisə zamanı xəsarət alan turistlərdən yeddisi xarici ölkə vətəndaşıdır. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. FHN-nin helikopterləri zərərçəkənlərə yardım etmək məqsədilə hazır gözləyir. 

Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı rəsmi açıqlama yayıldı

Hadisə zamanı xəsarət alanların siyahısı:
Soltanova Sevinc (1940, Rusiya vətəndaşı)
Soltanova Laçın (2004, Rusiya vətəndaşı)
Sara Hasan (1998, Suriya vətəndaşı - sağ budun qapalı travması çanaqda)
Farik al Hasan (1952, Suriya vətəndaşı)
Mariya al Hasan (2003, Suriya vətəndaşı)
Samira al Hasan (1965, Suriya vətəndaşı)
Galia al Hasan (1988, Suriya vətəndaşı)
Rəsulova Səbinə (1983, AR)
Məmmədov Elxan (1993, AR - onurğanın qapalı travması)
Məmmədova Səkinə (1998, AR)
Teymurova Validə (1995, AR)
Ağayev Fərid (1996, AR)
Məmmədov İlkin (1995, AR - ağır dərəcəli Kəllə beyin travması sağ ayaqda sınıq)
Məmmədova Zemfira (1994, AR)
Naibə Hüseynova (1968, AR)
Cəfərova Məryəm (1961, AR)
Niftəliyeva Könül (1979, AR)
Xasiyeva Yasəmən (1970, AR)
Ağamalıyeva Xatirə (1987, AR - sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok)

Xatırladaq ki, bu gün saat 12:00 radələrində Şəki xan sarayının qarşısındakı yaşı 500 ilədək olan Xan Çinarlardan birinin iri budağı qırılıb. Nəticədə Xan sarayını ziyarətə gələn 19 yerli və xarici turist xəsarət alıb. 

Xəbər lenti
0