22:32 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
AZƏRBAYCAN
Qısa URL
140 0 0

Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq

BAKI, 8 iyul — Sputnik. Artıq 3 gündür ki, paytaxtın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən və pilot layihə kimi seçilən Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və könüllülərin fəal iştirak etdikləri görüşlərin əsas məqsədi icra edilən yeni layihə barədə vətəndaşlara məlumat vermək, Konsepsiyanın icrası zamanı sakinlərin vəzifələrini izah etməkdir.

Görüşlərdə qeyd olunub ki, iyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə paytaxtda həyata keçirilən bu yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsidir.

Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilir
© Nərimanov Rayon İcra Hakimiyyətinin mətbuat xidməti
Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilir

Bildirilib ki, Avropanın əksər dövlətlərində tullantıların çeşidlənməsi işləri aparılır, bu, həm təmizlik, ekoloji şəraitin yaxşılaşdırılması və iqtisadi səmərə əldə olunmasına köməklik göstərir. Düzdür bəzi ölkələrdə, o cümlədən, Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi. Lakin sürətlə inkişaf edən ölkəmizdə biz bu işlərə də nail olacağıq və sakinlərimizi fəal olmağa çağırırıq. Məlumat verilib ki, rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Bu konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılır. Bütün prosses sakinlərə əyani şəkildə izah olunur. Görüşlərdə sakinlərə broşürlər paylanılır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, həmçinin mənzillərə də bukletlər çatdırılır. Təbliğat və izahetmə işlərinin KİV-lərdə də aparılmasına başlanılır.

Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon sakinlərini layihənin həyata keçiriləməsində fəal olmağa çağırır.

Əsas mövzular