17:39 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Kabab, arxiv şəkli

Şərqin kulinariya qapısı: məşhur telekanal Azərbaycan mətbəxindən danışdı

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
39 0 0

Azərbaycan mətbəxinin 2000 ildən çox tarixə malik olduğu qeyd olunur

BAKI, 2 iyul — Sputnik. Məşhur "CNN" telekanalı Azərbaycan mətbəxinə həsr olunmuş məqalədə ölkəmizi "Şərqin kulinariya qapısı" adlandırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, "CNN"nin saytında təqdim edilmiş məqalədə Azərbaycan mətbəxinin 2000 ildən çox tarixə malik olduğu qeyd olunur.

Məqalənin müəllifi ölkəmizin Şərqlə Qərb arasında, İpək Yolu marşrutunda əsas coğrafi mövqelərdən birini tutduğunu xatırladır və bildirir ki, əsrlər boyu Azərbaycan ərazisindən keçən tacirlər bura özləri ilə birlikdə ədviyyatlar, məhsullar və kulinariya ənənələrini gətiriblər.

Məqalədə oxuculara Azərbaycan çayı, təndir çörəyi, kükü, kabablar, qutab, manqal salatı, dovğa, dolma, toyuq ləvəngisi, paxlava, şor qoğal, şirin çörək, şəki halvası və qoz mürəbbəsi haqqında ətraflı məlumat verilir.

Əsas mövzular